Operativ Məlumat Mərkəzi

Bu gün Ağcabədinin qaz təchizatında fasilə yaranacaq

1 dəq
Paylaş:
Bu gün Ağcabədinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriıib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək "Ağcabədi" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər