Operativ Məlumat Mərkəzi

Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər