"Bu əməliyyatlar suverenliyimizin bərpası istiqamətində atılan addımlardandır" - Deputat

"Bu əməliyyatlar suverenliyimizin bərpası istiqamətində atılan addımlardandır" - Deputat
19.09.2023 19:03
Aa
dəq

"Lokal antiterror əməliyyatlarını hədəfi bəllidir. Birinci növbədə düşmənin təxribat hədəflərinin, hərbi obyektlərinin sıradan çıxarılması əsas götürülür".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, öncəliklə bu hədəfləri məhv etmək vacibdir, çünki burdan mülki əhalinin həlak olması, minaların ərazilərə paylanması baş verir. 

"Növbəti hədəf isə suverenliyimizin bərpası istiqamətində atılan addımlardır. Təbii ki, biz dinc yolla bütün vasitələrlə bunu erməni əhaliyə təklif etdik, onlar isə bizim mülki əhalini öldürməklə cavab verdilər. Bu da hesab edirəm ki, Azərbaycan tərəfinin səbr kasasını daşırdı. İndi biz həm də Qarabağın öz əhalisini terrorçuların girovluğundan qurtarmalıyıq".

Fazil Mustafa bildirib ki, Ermənistan ordusu Qarabağda kifayət qədər böyük bir qüvvə saxlayıb və Azərbaycan Ordusu üçtərəfli bəyanatın müvafiq bəndini həyata keçirir.

"Üçtərəfli bəyanata görə Ermənistan silahlı qüvvələri ərazimizdən çıxmalı idilər, lakin çıxmayıblar. İndi isə biz bunu gerçəkləşdiririk. Ondan sonrakı mərhələdə digər məsələlərə baxıla bilər. Hər halda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlimizdən gələni etməyə çalışmalıyıq və bu istiqamətdə kifayət qədər ciddi işlər də görüləcəkdir".

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu