“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
14.12.2023 19:22
Aa
dəq

Məlumdur ki, regionda sülhün bərqərar olması üçün humanist addımların atılması çox mühüm əhəmiyyət kəsb edir. 

Bir müddət öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatı arasında danışıqlar aparıldı. Bu danışıqların nəticəsi kimi humanizm prinsiplərinə sadiqlik nümayiş etdirilərək Azərbaycan tərəfindən 32 erməni hərbçisinin, Ermənistan tərəfindən isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə edildi. Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər ,hansı ki, 26 nəfəri 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror əməliyyatları zamanı həbs edilmişdir. Qalan 6 nəfər isə müxtəlif vaxtlarda sərhədi keçərkən saxlanılmışlardır.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Arzu Nağıyev bildirib.

“Bunlar da artıq öz cəzalarının böyük bir hissəsini çəkiblər. 32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayət törətmiş qondarma rejimin rəhbərləri daxil deyil və bunlar daxil olmayacaqlar. 

Eyni zamanda gələcəkdə iki ölkə arasında sülhün bərqərar olması baxımından ümumiyyətlə bu mübadilə çox böyük əhəmiyyət kəsb edir. Bizim hərbçilərə gəldikdə isə Naxçıvan tərəfindən dumanlı şəraitdə yolu azaraq Ermənistan tərəfinə keçmiş 2 Azərbaycan hərbçisini əsir götürmüş, eyni zamanda onlara qarşı bir sıra cinayətlərin törədilməsinə dair saxta ittihamlar irəli sürülmüş, qurma məhkəmələri əsasında həbs olunmuşdu. 

2020-ci il 44 Günlük Vətən Müharibəsindən, 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan ərazisində də bir qrup Ermənistan hərbçisi keçərək müəyyən cinayətlər törətməyə cəhd etmişdir. Bunun qarşısı alınaraq onlar da saxlanılmışdır. Yəni Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bu mübadilə çox mühüm əhəmiyyət kəsb edir, humanist addımdır və gələcəkdə də iki ölkə arasında sülh müqaviləsi imzalanması istiqamətində atılacaq addımlarda mühüm əhəmiyyət kəsb edəcəkdir. 

Bundan başqa xoş niyyətin təzahürü olaraq Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf dövlətlərin 29-cu konfransına ev sahibliyinə öz namizədliyini geri götürdü və Azərbaycanın namizədliyini təsdiqlədi. Bu da öz növbəsində mühüm addımdır. Azərbaycan Ermənistan arasında həmçinin regionda sülhün bərqərar olunması üçün çox önəmli faktdır. 

Düşünürəm ki, həm Cənab Prezidentin bu humanist addımı bizim 2 nəfər hərbçimizin ailəsinə böyük sevinc, səadət, xoşbəxtlik gətirir. Bu dövlətimizin özünün əsgərinə qarşı, özünün zabitinə qarşı, özünün vətən keşiyində duran hər bir şəxsə qarşı atdığı humanist addımdır.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu mübadilə heç bir vasitəçi olmadan məhz Azərbaycan və Ermənistan arasında olan birbaşa danışıqlar və əlaqələr nəticəsində əldə edilib. Bu bir daha göstərir ki, regionda olması üçün vasitəçilər belə olmadan sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmaq mümkündür. Yəni istər Avropa, istərsə də Qərb dövlətləri çalışırlar ki, bu vasitəçilik missiyasını həyata keçirərək müəyyən özləri üçün də bir vasitəçi rolundan istifadə etsinlər. Bu və ya digər şəkildə regionda aparılan siyasətə öz təsirini göstərsinlər. Lakin Azərbaycanın öz daxili və xarici siyasəti var. Birbaşa danışıqlar bunun bir təzahürüdür. Düşünürəm ki, bu istiqamətdə də mühüm addımlar atılacaqdır”.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

"Əsirlərin dəyişdirilməsi tarixi hadisədir" - ŞƏRH

DAVAMIN OXU davamın oxu