BTQ dünya ictimaiyyətini müstəmləkələrdə real vəziyyət barədə məlumatlandırmaqda davam edir

BTQ dünya ictimaiyyətini müstəmləkələrdə real vəziyyət barədə məlumatlandırmaqda davam edir
20.06.2024 21:15
Aa
dəq

Bakı Təşəbbüs Qrupu (BTQ) dünya ictimaiyyətini müstəmləkə edilmiş regionlardakı real vəziyyət barədə məlumatlandırmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.

“Təşkilatımız bərabərlik və ədalətin əsas dəyərlərini qorumaq üçün fəaliyyətləri dəstəkləməyə davam edəcək. Biz qəti şəkildə inanırıq ki, insan hüquqlarının təşviqi və qorunması yolu ilə müstəmləkəçiliyin kökünün kəsilməsinə mühüm töhfə verəcəyik”, - o deyib.

A.Abbasov qeyd edib ki, BTQ bir sıra beynəlxalq tədbirlər keçirib, burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə ərazilərində insan hüquqlarının pozulması müzakirə olunub.

“Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada fundamental insan hüquqlarının pozulmasına dair son hadisələr Fransa hökumətinin dekolonizasiya ilə bağlı BMT Baş Assambleyasının qətnamələrini yerinə yetirmək üçün siyasi iradə nümayiş etdirmədiyinə növbəti sübutdur”, - o söyləyib.

“Biz kanaki xalqı ilə tam həmrəy olduğumuzu bildiririk və onların seçicilərin genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik”, - BTQ-nin icraçı direktoru əlavə edib.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu