Silahlı insidentlə bağlı xidmətini müvəqqəti dayandıran “Bravo” hipermarket fəaliyyətini bərpa edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hipermarket artıq bu gün səhər saat 07:00-dan etibarən fəaliyyətini davam etdirir.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində BRAVO müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.