Operativ Məlumat Mərkəzi

BQXK əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

1 dəq
Paylaş:
BQXK əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

Səfər BQXK-nın standart prosedurları çərçivəsində baş tutub. Saxlanılanların ailələri ilə əlaqə qurmaları üçün şərait yaradılıb.

Bundan əlavə, qurumun əməkdaşları Ermənistanda məhkum olunmuş azərbaycanlı hərbi qulluqçularla görüşüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər