Əsas məzmuna keç

BP Azərbaycanda sosial layihələrə 107 mln. dollar xərcləyib

BP Azərbaycanda sosial layihələrə 107 mln. dollar xərcləyib

layihə iştirakçıları təlim proqramının əhatə etdiyi bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və plastik boru qaynaqçısı kimi dörd peşə növündən birinə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün BP şirkəti öz Azərbaycanda olan layihələrindəki tərəfdaşları adından aztəminatlı ailələrdən seçilmiş 40 nəfər bacarığı olan işçi üçün imkanlarını artıracaq bacarıqların inkişaf etdirilməsi layihəsinin uğurla başa çatdığını elan edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, layihə iştirakçıları təlim proqramının əhatə etdiyi bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və plastik boru qaynaqçısı kimi dörd peşə növündən birinə yiyələniblər. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli müvafiq peşə üzrə diplom alıblar.

"Çox məmnunuq ki, layihənin uğurlu iştirakçılarının indi artıq sertifikatlı peşə bacarığı olan işçilər kimi öz peşəkar karyeralarını inamla davam etdirmək imkanı var. Ümid edirik ki, hər bir icmada bu peşələrə tələbat yüksək olduğundan, bu layihə iştirakçılar üçün davamlı məşğulluq imkanları yaratmaqla nəticədə onların ailələri üçün də dayanıqlı faydalar gətirəcək", - tədbir zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Layihənin müddəti yeddi ay təşkil edib (iyun 2022 - yanvar 2023) və ümumi dəyəri təxminən 70500 AZN ($41470) olub.

Qeyd olunub ki, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 107 milyon dolları xərcləyib.

Azərbaycanda BP şirkətində təxminən 2380 vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90%-ni təşkil edir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…