Operativ Məlumat Mərkəzi

Böyük Çin Səddi ilk dəfə ikiayaqlı robot tərəfindən fəth edildi

2 dəq
Paylaş:
Böyük Çin Səddi ilk dəfə ikiayaqlı robot tərəfindən fəth edildi

Son illərdə insanabənzər robotlar insanların həyatının müxtəlif sahələrində getdikcə əvəzolunmaz köməkçilərə çevrilir. Onlardan biri Robot Era tərəfindən hazırlanan XBot-L Çin səddi boyunca gəzə bilməsi ilə medianın diqqətini çəkib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “New Atlas” məlumat yayıb.

Tərtibatçılar tərəfindən yayımlanan videoda XBot-L-nin Böyük Çin Səddi boyunca necə təhlükəsiz hərəkət etdiyi, qeyri-bərabər səthləri keçərək, pilləkənlərə qalxdığı göstərilir.

XBot-L-in uğuru üçün xüsusi əhəmiyyət kəsb edən, robot təlimi zamanı istifadə olunan özəl Perceptive RL texnologiyasıdır. Bu texnologiya ona öz mühitini daha yaxşı başa düşməyə və tanımadığı bölgələrdə qərarlar qəbul etməyə imkan verir. Beləliklə, XBot-L getdiyi yolun keyfiyyətini təhlil edə və gedişini vaxtında tənzimləyə bilər.

Robot Era, Pekindəki Tsinghua Universitetinin Fənlərarası İnformasiya Elmləri İnstitutu tərəfindən təsis edilmişdir. Tərtibatçıların XBot-L üçün gələcək planları hələlik məlum deyil, lakin onlar çox güman ki, ona yeni bacarıqlar öyrətməyə davam edəcək və daha təkmil insanabənzər robot yaratmağa çalışacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər