Bolqarıstanın Baş prokuroru Azərbaycana gəlib

Bolqarıstanın Baş prokuroru Azərbaycana gəlib
02.03.2023 15:09
Aa
dəq

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın Baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.

Ölkələrimiz arasında müasir əlaqələrimizin təməli bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə qoyulduğunu bildirən Baş prokuror, Ulu öndərin adını daşıyan Fond tərəfindən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko Tırnovo bölgəsində mədəni-tarixi irsinin qorunması istiqamətində aparılan işlərdən danışıb.

Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Bolqarıstan Respublikasının Baş prokuroru İvan Geşev göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Bolqarıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Daha sonra Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Həftənin ən çox oxunanları

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu