Bolqarıstan səfiri: “Azərbaycanla ölkəmiz arasında faydalı əməkdaşlıq gündəliyi mövcuddur”

Bolqarıstan səfiri: “Azərbaycanla ölkəmiz arasında faydalı əməkdaşlıq gündəliyi mövcuddur”
23.02.2023 01:44
Aa
dəq

Azərbaycan və Bolqarıstan arasında faydalı əməkdaşlıq gündəliyi mövcuddur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bolqarıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ruslan Stoyanov etimadnaməsinin surətini Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova təqdim edərkən deyib.

Səfir Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu vurğulayıb. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu