BNA-da hansı korrupsiya əməlləri törədilib?

BNA-da hansı korrupsiya əməlləri törədilib?
26.07.2023 12:20
Aa
dəq

Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”-a istinadən xəbər verir ki, əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi hələlik məlum olmasa da, cəmiyyətdə Bakı Nəqliyyat Agentliyindəki qanun pozuntuları ilə bağlı çoxsaylı fikir və iddialar səsləndirilir.

Bəlli olduğu kimi, Bakı Nəqliyyat Agentliyi yaradıldığı 2015-ci ildən etibarən ətrafında ən çox müzakirələrin aparıldığı, bəlkə də ən çox şikayətləri üzərinə fokuslayan qurum ünvanını əldə etdi. Bəlkə də bu səbəbdəndir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan və qısa müddət sonra publik hüquqi şəxs statusu ilə müstəqil fəaliyyət göstərən qurum bir neçə il sonra yenidən BŞİH-in tabeliyinə qaytarıldı. Ötən il isə BNA ümumiyyətlə ləğv edilərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçdi.

Bəs böyük ümidlərlə yaradılan, Bakının nəqliyyat problemini həll etməyi üzərinə vəzifə kimi götürmüş bu qurumun uğursuz olmasının, 8 ildə 4 dəfə başqa-başqa qurumların tabeliyinə verilməsinin səbəbi nədir?

Heç kimə sirr deyil ki, BNA-nın yaradıldığı ilk dövrdən, xüsusilə dövlət sərmayesi ilə qurulan “Bakubus” MMC-nin bu qurumun tabeliyinə verilməsindən sonra saysız-hesabsız korrupsiya ittihamları, cinayət tərkibi yarada biləcək əməllərlə bağlı informasiyalar yayılıb. Mətbuatda, informasiya resurslarında çoxsaylı bu kimi ittihamlara, qeyri-şəffaf alqı-satqı əməliyyatları, tenderlər və sair barəsində informasiyalara rast gəlmək mümkündür. Şişirdilmiş xərclər, kağız üzərindəki şirkətlərə böyük məbləğdə ödəmələr və sairlə bağlı çoxsaylı faktlar mövcuddur.

Bakı Nəqliyyat Agentliyinin etdiyi ən böyük və ağlasığmaz qanun pozuntusu isə Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə ayrılmış bütün vəsaiti öz hesabına köçürərək ələ keçirməsi ilə bağlıdır. Belə ki, həmin qərarla pandemiya dövründə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) Bakıda sərnişindaşıma xidməti göstərən sahibkarlara 7,5 milyon manatın ödənilməsi tapşırılıb. Lakin sonradan BNA-nın özəl şirkətlərə heç bir ödəniş etmədiyi məlum olub. Bununla bağlı daşıyıcı şirkətlər dəfələrlə aidiyyəti qurumlara müraciət edərək, pandemiya vaxtı üzləşdikləri zərərin bir qisminin ödənilməsi üçün ayrılmış vəsaitin BNA tərəfindən verilmədiyini bildiriblər.

Daşıyıcı şirkətlər hazırkı dövrdə də pandemiya dövründəki fəaliyyətlərinə görə onlar üçün ayrılmış vəsaiti tələb edirlər və bu məsələ ilə bağlı yenidən müraciət edəcəklərini bildiriblər.

 

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu