Operativ Məlumat Mərkəzi

BMT rəsmisi iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

2 dəq
Paylaş:
BMT rəsmisi iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib
o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. V.Andreyeva deyib ki, BMT Azərbaycanın minatəmizləmə səylərini bundan sonra da dəstəkləməkdə davam...

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

V.Andreyeva deyib ki, BMT Azərbaycanın minatəmizləmə səylərini bundan sonra da dəstəkləməkdə davam edəcək: "Biz ərazilərin bərpası sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə davam edəcəyik. Ötən ilin oktyabrında Ağdamdakı bu konfrans mərkəzində ilk görüşümüz dünyanın müxtəlif ölkələrindən 150-dən çox iştirakçını bir araya gətirən Milli Şəhərsalma Forumu oldu. Onlar “ağıllı şəhər”lərin necə salınması mövzusunda öz təcrübələrini bölüşdülər. Azərbaycan bu baxımdan olduqca unikal ölkədir. Belə ki, bizim yaşıl enerjidən istifadə edərək yeni “ağıllı şəhər”lər və kəndlər salmaq, bu prosesi sənədləşdirmək və digər ölkələrlə bölüşmək imkanımız var”.

Onun sözlərinə görə, minatəmizləmə işləri də prioritetdir. Bununla bağlı may ayında Ağdamda və Bakıda mina təhlükəsi ilə bağlı konfrans keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər