Operativ Məlumat Mərkəzi

BMT-nin Baş katibi Azərbaycanda səfərdədir

1 dəq
Paylaş:
BMT-nin Baş katibi Azərbaycanda səfərdədir
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər