BMT-də Fransa rəsmilərinin çıxışları tənqid olunub

BMT-də Fransa rəsmilərinin çıxışları tənqid olunub
19.03.2024 06:40
Aa
dəq

BMT-də Fransa rəsmilərinin çıxışları tənqid olunub. 

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski, Fransada güclənən məsuliyyətsiz ritorikanın dünyanı nüvə müharibəsi uçurumuna doğru apardığını bildirib. 

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir.

Polyanski, həmçinin beynəlxalq ictimaiyyətin, ələlxüsus qərb dövlətlərinin ikili standartlara yol verdiyini vurğulayıb. 

Belə ki, ABŞ Müdafiə Naziri Loyd Ostinin açıq şəkildə nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan etməsinə baxmayaraq, ona heç kəsin qarşı çıxmadığını, bunun əvəzində Rusiya tərəfinin atdığı bütün addımlara qeyri-adekvat reaksiya verildiyini deyib. 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron və XİN-i Stefan Sejurne NATO-nun Kiyevə kömək üçün Ukrayna ərazisinə qoşun göndərilməsinin istisna edilmədiyini demişdi.

Fransa rəsmilərinin bu sözləri qısa müddət ərzində böyük rezonansa səbəb olub. 

Qərb dövlətlərinin liderləri Makron və Sejurnenin fikirlərinə qarşı çıxan bəyanatlar səsləndiriblər və Rusiya ilə müharibə niyyətində olmadıqlarını bildiriblər. 

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu