Türkiyə lideri bitərəf qalan ölkələri Fələstinin yanında olmağa inandırmaq üçün diplomatik işi davam etdirmək niyyətində olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən mətbuat konfransında jurnalistlərə verdiyi açıqlamada bildirib.
Ərdoğan Türkiyənin Rusiya ilə BMT sistemindəki islahat imkanlarını müzakirə etməyə davam etdiyini və bu kritik dialoqda heç bir çətinlik görmədiyini bildirib.
"Rusiya ilə danışıqlarımız davam edir və indiyədək bu dialoqda heç bir problem olmayıb. Biz hər hansı problem gözləmirik. BMT sübut edib ki, bir qurum olaraq öz sistemini idarə etmək iqtidarında deyil və baş verən prosesləri izləyir. Təəssüf ki, bu böhranın ağır nəticələrini bir daha yaşayırıq. BMT-nin əsas vəzifəsi bütün dünyada sülhü qorumaqdır. Lakin Təhlükəsizlik Şurasının təhrif strukturuna görə bu vəzifəni yerinə yetirilmir".