Əsas məzmuna keç

BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram. Birləşmiş...

Təşkilatının Antonio Quterreş Respublikasının Prezidenti İlham təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.

Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasını səbirsizliklə gözləyirəm.

Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…