Yunanıstanın "Blue Bird Airways" aviaşirkəti atəşkəs razılaşmasından sonra İsrailə uçuşları bərpa edən ilk xarici hava yolu şirkəti kimi qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrailin hava məkanı bağlandıqdan sonra beynəlxalq reyslərin icrası dayandırılmışdı.
Lakin vəziyyətin qismən sabitləşməsi ilə əlaqədar olaraq, sözügedən şirkət fəaliyyətini yenidən bərpa etmək qərarına gəlib.