Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin Hörmüz boğazındakı blokadası başladı: İki tanker geri qayıtdı

2 dəq
Paylaş:
ABŞ-nin Hörmüz boğazındakı blokadası başladı: İki tanker geri qayıtdı

ABŞ-nin İran limanlarına giriş-çıxış edən bütün dəniz nəqliyyatına qarşı rəsmən başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının ("CENTCOM") yaydığı məlumata görə, sözügedən dəniz blokadası Fars və Ümman körfəzləri daxil olmaqla, İranın bütün limanlarına və sahil bölgələrinə daxil olan və ya oradan ayrılan bütün ölkələrin gəmilərinə qarşı neytral şəkildə tətbiq ediləcək.

Gəmilərin anlıq izlənməsi üzrə ixtisaslaşan "MarineTraffic" şirkətinin məlumatlarına əsasən, qadağa qüvvəyə mindikdən sonra boğazına doğru hərəkət edən iki rotasını dəyişərək geri qayıtmağa məcbur olub.

Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki Şarika lövbər sahəsindən yüklü şəkildə yola düşən, Malavi bayrağı altında üzən 188 metrlik "Rich Starry" neft və kimyəvi məhsul tankeri boğaza yaxınlaşdıqdan dərhal sonra geri dönüb. Gəminin son təyinat nöqtəsi Çin olaraq qeyd edilmişdi.

Botsvana bayrağı altında üzən 175 metrlik "Ostria" adlı ikinci tanker də boğaza yaxınlaşdıqdan sonra oxşar addımı ataraq istiqamətini dəyişib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax