ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ankarada keçirilən danışıqları məhsuldar adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Danışıqlardan sonra Blinken və Fidan Qəzza zolağında davamlı sülhün təmin edilməsi, eləcə də əhaliyə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, siyasi xadimlər Qəzza zolağında münaqişənin yayılmasının qarşısını almaq üçün birgə səylərdən danışıblar.
Həmçinin qeyd olunub ki, Vaşinqton böhrandan çıxmaq üçün cəhdlər edir.