Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Blinkenin gündəmini, əsasən, İsrail-HƏMAS müharibəsindən sonrakı dövr üçün nəzərdə tutulan plan təşkil edir.
Blinken Ciddə şəhərində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Farhanla görüşüb.
Amerika hökuməti post-müharibə planını “davamlı sülhün arxitekturası” adlandırıb.