Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar

Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar
24.07.2024 11:24
Aa
dəq

Qırğızıstan və Azərbaycanın Baş prokurorları Maksat Asanəliyev və Kamran Əliyev arasında əməkdaşlıq sazişi və 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş Prokurorlarının 22-ci iclası və Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 3-cü iclası çərçivəsində baş tutub.

“Saziş və əməkdaşlıq proqramı Qırğızıstan və Azərbaycanın nəzarət orqanları arasında qanunvericilik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Sənədlərdə təcrübə və məlumat mübadiləsi, birgə tədbirlər, o cümlədən prokurorluq fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti qeyd edib.

M.Asanəliyev qeyd edib ki, sənədlərin imzalanması münasibətlərdə yeni mərhələdir: “Bu, həm də asayişi möhkəmləndirmək, vətəndaşlarımızın qanuni mənafelərini qorumaq bizim ümumi istəyimizi nümayiş etdirir”.

Öz növbəsində Azərbaycanın Baş prokuroru qeyd edib ki, nəzarət orqanları yaxşı əməkdaşlıq edirlər: “Sizin qurumla münasibət çox yaxşı, məhsuldardır. Hər hansı cinayət işində yardım göstərilərkən problem yaşandığını xatırlamıram”.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu