"BİRinci Məktəblilər arası debat Çempionatı" layihəsi çərçivəsində turnir mərhələsi keçirilib

"BİRinci Məktəblilər arası debat Çempionatı" layihəsi çərçivəsində turnir mərhələsi keçirilib
22.12.2023 14:05
Aa
dəq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Vll qrant müsabiqəsi çərçivəsində qalib olmuş "BİRinci Məktəblilər arası debat Çempionatı" layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə şagirdlər üçün debat turnir mərhələsi təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 120- dən çox şagirdin iştirak etdiyi təlimlərdə fərqlənən 64 şagird, turnir mərhələsində iştirak etmək haqqı qazanıb.

Həm iştirakçıların, həm də təşkilatçıların zəhmətinin sübutu olan və 2 gün davam edən turnir qlobal problemlərdən tutmuş mövcud narahatlıqlara qədər müxtəlif mövzular üzrə debat raundları baş tutub. Turnir çərçivəsində şagirdlər tutarlı arqumentləri ifadə etmək, tənqidi düşüncəni nümayiş etdirmək və  

konstruktiv dialoq qurmaq bacarıqlarını nümayiş etdiriblər.

Debat turniri təkcə natiqlik sənətini inkişaf etdirmək deyil, həm də iştirakçıları dərin araşdırmalara, güclü analitik bacarıqları inkişaf etdirməyə və müxtəlif problemləri həll etməyə təşviq etmək məqsədi daşıyırdı.

Turnir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu