Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzivbari ərazilərində dəyişiklik edilib.
Dəyişiklikdən irəli gələrək, 96, 97, 118, 119, 124 saylı seçki dairələrinin adında və hüduqlarında qismən dəyişiklik edilir.
***
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.
Həmçinin, MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.