Operativ Məlumat Mərkəzi

Bir sıra məscidlərə qadın dini ayin icraçıları təyin olunub

3 dəq
Paylaş:
Bir sıra məscidlərə qadın dini ayin icraçıları təyin olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış ilk qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Komitədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni təyinat alan qadın dini ayinlərin icraçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin, eyni zamanda dini mərasimlərin icrasını həyata keçirən şəxsdir.

M.Qurbanlı diqqətə çatdırıb ki, belə bir təyinatın həyata keçirilməsi Azərbaycanda ilk təcrübə hesab oluna bilər. Məscidlərdə orta və ali dini təhsili olan qadınların dini ayin icraçıları kimi fəaliyyət göstərmələri İslam dininin dəyərlərini olduğu kimi təbliğ etmək, dini ayinləri doğru icra etmək, insanları xurafat və cahillikdən uzaqlaşdırmaq baxımından çox böyük əhəmiyyətə malikdir.

Görüş zamanı mövcud dini durum, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət, dini abidələrə və din xadimlərinə qayğısı haqqında da danışan Komitə sədri ölkəmizdə mövcud olan dini vəhdətin, tolerantlığın, multikulturalizmin, qarşılıqlı anlayış mühitinin qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb.

Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, çıxışçılar dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər