"Bir sıra beynəlxalq təşkilatlar 1000-1400 arası məntəqədə prosesin gedişini müşahidə edib"

"Bir sıra beynəlxalq təşkilatlar 1000-1400 arası məntəqədə prosesin gedişini müşahidə edib"
01.02.2024 16:29
Aa
dəq

Ən geniş beynəlxalq müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası seçki məntəqəsində prosesin gedişini müşahidə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, bir çox Avropa təşkilatlarının tələb etdiyi standart, yəni səsverməni izləmək müddəti 20-25 dəqiqədir: "Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq".

MSK rəsmisi əlavə edib ki, məntəqələrdə veb-kameraların quraşdırılması prosesi artıq yekunlaşıb.

"Atdığımız ən mühüm addımlardan biri kameraların istiqamətinin təkmilləşdirilməsidir. Səsvermə günü seçicilərə təsir mexanizmi ola biləcək hər hansı halların qarşısını almaq məqsədilə addımlar atılıb. Beləliklə, kameralar heç bir halda səsvermə kabinalarına yönələ bilməz. Əvvəlki seçkilərdə yayılan görüntülərin incələnməsi ilə məlum olub ki, bu cür quraşdırılan kameralar səsvermə keçirilən müəssisələrin təhlükəsizlik kameraları imiş. Veb-kameralara baxışın 30 faizi ölkə hüdudlarından kənardan izlənmələrdir", - o bildirib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu