Operativ Məlumat Mərkəzi

Binəqədidə qaz xətti zədələnib, bəzi qəsəbələr qazsız qalıb

1 dəq
Paylaş:
Binəqədidə qaz xətti zədələnib, bəzi qəsəbələr qazsız qalıb
Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Bu barədə "Operativ Məlumat...

Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər