Əsas məzmuna keç

Biləsuvarda yanğın hadisəsi baş verib

Biləsuvarda yanğın hadisəsi baş verib

Biləsuvar rayonunda ev yanıb, xəsarət alan var. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib. Belə ki, rayonun Xırmandalı kəndində ümumi...

rayonunda ev yanıb, xəsarət alan var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən bildirilib.

Belə ki, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin konstruksiyaları 50 m² sahədə və dam örtüyünün atmaları 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…