Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Biləsuvar rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adları verilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhidlərin adlarının verildiyi küçələr şəhərin mərkəzi və eləcə də ətraf kəndlərini əhatə edir. Beləliklə, yeni adlandırılan 24 küçədən 12-si rayon mərkəzində, digərləri isə ətraf kəndlərdə yerləşir.