Operativ Məlumat Mərkəzi

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb

1 dəq
Paylaş:
Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb
Avqustun 27-si saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bu barədə "Operativ Məlumat...

Avqustun 27-si saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağıntının miqdarı Qəbələdə 24 mm, Qaxda 33 mm, Şəkidə 23 mm, Tərtərdə 13 mm, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlıda 5 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında 32 dərəcəyədək, Naxçıvan MR-da 35 dərəcəyədək, aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər