Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir

Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir
19.11.2023 13:22
Aa
dəq

Azərbaycanda noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 16-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Həftənin ən çox oxunanları

Bəzi yerlərdə leysan yağıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Bəzi yerlərdə leysan yağıb, Ağdama dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Sabahın PROQNOZU
DAVAMIN OXU davamın oxu

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Bakıda və bir sıra rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu