Operativ Məlumat Mərkəzi

Beynəlxalq tədqiqatın nəticələri açıqlanıb, Azərbaycan 35-ci sırada yer alıb

2 dəq
Paylaş:
Beynəlxalq tədqiqatın nəticələri açıqlanıb, Azərbaycan 35-ci sırada yer alıb

Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə məlumat verib.

O bildirib ki, bu tədqiqat COVID-19-un təsirlərini ölçməyə yönəlib. Nazirin sözlərinə görə, gözlənildiyi kimi qlobal nəticələrdə geriləmə müşahidə edilib:

"Qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 65 ölkə iştirak edib. Ümumilikdə 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb. Müşahidələr onu deməyə əsas verir ki, COVID-19 təhsilə ciddi təsir edib. 2026-ci ildə növbəti "PİRLS"in nəticələri açıqlananda pandemiyadan sonrakı müddətdə itirdiklərimizi bərpa edib-etmədiyimizi biləcəyik. Təsirlər təkcə Azərbaycanda yox, bütün dünya ölkələrinin tədrisində hiss olunub. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər