Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatılması heyranedicidir”

Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatılması heyranedicidir”
07.02.2024 11:25
Aa
dəq

"Azərbaycanda seçkilər modern texnologiyaların iştirakı ilə keçirilir. Mənim ölkəm Laosda hələ də köhnə qaydalar tətbiq olunur. Şəffaf mürəkkəblərdən istifadə, onun izinin xüsusi qurğu ilə yoxlanılması mənim üçün yenilik oldu". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "The ASEAN lnterParlamentary Assembly"nin nümayəndə heyətinin rəhbəri Sanya Praseuth Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edərkən deyib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən xarici nümayəndələr seçki prosesinin qanunlara uyğun şəkildə keçirilməsindən məmnunluq duyduqlarını bildirdilər: "Azərbaycan xalqının seçkiyə bu qədər böyük həvəslə qatılması heyranedicidir. Onlar öz gələcəklərinə səs verirlər. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar çox pozitivdirlər, seçkidə ürəklə iştirak etmələri hiss olunur. Hələlik hər şeyin yüksək səviyyədə olduğunu deyə bilərəm", deyən nümayəndə heyətinin rəhbəri ilk dəfədir xarici ölkədə müşahidəçi kimi iştirak etdiyini də əlavə edib.

O bildirib ki, bu onun Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, sözügedən təşkilatı təmsil edən 3 nəfərlik qrup Laosdan gəlib. 

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu