Operativ Məlumat Mərkəzi

Beynəlxalq Buz Xokkey Federasiyası İsraili turnirlərdən kənarlaşdırıb

1 dəq
Paylaş:
Beynəlxalq Buz Xokkey Federasiyası İsraili turnirlərdən kənarlaşdırıb

Beynəlxalq Buz Xokkey Federasiyası Şurası (IIHF) İsrail komandalarını turnir iştirakçılarının təhlükəsizliyi ilə bağlı narahatlığına görə təşkilatın himayəsi altında keçirilən yarışlardan müvəqqəti olaraq dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IIHF-nin mətbuat xidməti məlumat yayıb.

“Şura bütün iştirakçıların (o cümlədən israilli oyunçuların) təhlükəsizliyi və rifahı təmin olunana qədər IIHF turnirlərində İsrail milli komandasının iştirakını məhdudlaşdırmaq qərarına gəlib”,- məlumatda deyilir.

İsrail millisi apreldə Belqradda keçiriləcək dünya çempionatının II divizionunda A qrupunda iştirak etməli idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər