Operativ Məlumat Mərkəzi

Beyləqanda 5 otaqlı ev tamamilə yanıb

1 dəq
Paylaş:
Beyləqanda 5 otaqlı ev tamamilə yanıb
Beyləqan rayonunda evdə yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, rayonun...

Beyləqan rayonunda evdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər