2026-cı il Dünya Çempionatının finalında İspaniyaya məğlubiyyətdən sonra Argentina millisinin azarkeşləri Buenos-Ayresdəki "Obelisk" abidəsi yaxınlığında toplaşıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcə minlərlə azarkeş Argentina yığmasına dəstək məqsədilə küçələrə çıxsa da, sonradan vəziyyət gərginləşib.
Məlumata görə, hadisə yerində qarşıdurma baş verib və polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar zamanı azı 15 nəfərin saxlanıldığı bildirilir. Qarşıdurmanın səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "MetLife Stadium"da keçirilən final görüşündə İspaniya millisi əlavə vaxtda Ferran Torresin vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edib və tarixində ikinci dəfə dünya çempionu olub.
Argentina Prezidenti Xavyer Miley isə milli komandanın çıxışını yüksək qiymətləndirib. O, yığmanın uğurunu qeyd etmək üçün ölkədə qeyri-iş günü elan ediləcəyini bildirib.