Əsas məzmuna keç

Beş vəkilə xəbərdarlıq OLUNDU

Beş vəkilə xəbərdarlıq OLUNDU

Vəkillər Kollegiyası (ARVK) Heyətinin növbəti iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ARVK-dən məlumat verilib.

İclasda bəzi vəkillərin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması, öz ərizələri ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə haqqından azad olunma, maddi yardım, habelə borclarının silinməsi, digər qurumlarına keçməsi ilə bağlı müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri pozuntularına görə 5 vəkilə xəbərdarlıq edilib, 4 vəkilə töhmət verilib, 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, habelə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…