“Real” UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşündə “Liverpul”u məğlub edib (5:2).
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, həmin qarşılaşma La Liqa klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
36 yaşlı futbolçu matçda dubla imza ataraq ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Öncədən bunu argentinalı futbolçu Lionel Messi bacarıb. Hər iki oyunçu 2005/06 mövsümündən bəri Çempionlar Liqasında qol vurur.
“Real” – “Liverpul” duelinin cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.