Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsti hava səbəbindən bir sıra qatar reysləri ləğv edildi

2 dəq
Paylaş:
İsti hava səbəbindən bir sıra qatar reysləri ləğv edildi

Belçikada havanın temperaturunun bəzi bölgələrdə 38 dərəcəyə çatması səbəbilə bu gün bir sıra qatar reysləri edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Ölkənin dəmir yolu bildirib ki, yüksək temperaturla əlaqədar səhər və axşam pik saatlarında həyata keçirilməsi planlaşdırılan bəzi reyslər dayandırılıb.

Şirkətin açıqlamasında həmin qatarların əsasən insanların işə gedib-gəldiyi saatlarda fəaliyyət göstərdiyi, günün digər vaxtlarında isə açıq ərazidə park vəziyyətində saxlanıldığı qeyd olunub.

Qatarların əhəmiyyətli hissəsinin köhnə və kondisionersiz olduğu, buna görə vaqonların daxilində temperaturun həddindən artıq yüksəldiyi bildirilib.

Mövcud hava şəraitində bu qatarlarla sərnişin və heyətin təhlükəsiz daşınmasının mümkün olmadığı vurğulanıb.

Sərnişinlərə mümkün qədər pik saatlardan kənar vaxtlarda səyahət etmək, yola çıxmazdan əvvəl reyslərlə bağlı son məlumatları yoxlamaq və özləri ilə su götürmək tövsiyə olunub.

Qeyd olunub ki, güclü ölkənin dəmir yolu infrastrukturuna da təsir göstərir. Yüksək temperatur zamanı qatarları elektrik enerjisi ilə təmin edən hava xətləri aşağa doğru sallana bilər. Xüsusilə temperatur 35 dərəcəni keçdikdə relslərin genişlənməsi və deformasiyaya uğraması artır.

Belçikada bu gün ölkənin demək olar ki, bütün ərazisində həddindən artıq isti hava ilə əlaqədar narıncı xəbərdarlıq qüvvədədir.

Sakinlərə günün ən isti saatlarında çölə çıxmamaq, bol su içmək və ağır fiziki fəaliyyətlərdən uzaq durmaq tövsiyə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax