Operativ Məlumat Mərkəzi

Belarus Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb

2 dəq
Paylaş:
Belarus Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb
bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb. Təlimlərdə könüllü polislərin iştirakı ilə obyektlərin...

Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəd Qomel vilayətinin Roqaçev və Kormyanski rayonlarında regional müdafiə qüvvələri ilə komanda mərkəzinin təlimləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Təlimlərdə könüllü polislərin iştirakı ilə obyektlərin təhlükəsizliyi və müdafiəsi, o cümlədən hərbi vəziyyət tədbirlərinin təmin edilməsində iştirak məsələləri öyrəniləcək. Həmçinin regional bölmələrin hərbi hissələrinin vəzifəli şəxslərinin döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə hazırlığı da qiymətləndiriləcək.

Eyni təlimlər Litva sərhədində, Qrodno vilayətinin Voronovski rayonunda da başlayıb. Bu tədbirlə bağlı rayonun hərbi xidmətə məsul olan quru qoşunlarının müşavirələri keçirilib. Təlimin məqsədi tabeliyində olan müdafiə qüvvələrinə rəhbərlik edən ehtiyatda olan zabitlərin bacarıqlarını artırmaqdır.

Qomel və Qrodno vilayətlərində regional müdafiə qüvvələri ilə təlimlər aprelin 4-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər