Əsas məzmuna keç

BƏƏ-yə uçan təyyarə Bakıya təcili eniş etdi

BƏƏ-yə uçan təyyarə Bakıya təcili eniş etdi

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu...

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Beynəlxalq Aeroportuna edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Air Arabia” aviaşirkətinin Moskva–Şarja marşrutu üzrə hərəkət edən aviareysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Airbus A320 hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.

Eyni zamanda, “FlyDubai” aviaşirkətinin –Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…