Əsas məzmuna keç

BƏƏ Prezidenti İlham Əliyevə zəng etdi

BƏƏ Prezidenti İlham Əliyevə zəng etdi

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın PUA hücumlarını pisləyib. Liderlər raket zərbələrinə qarşı həmrəylik və mühüm təhlükəsizlik məsələlərindən danışdılar.

en ru

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx bin Zayed Al Nəhyan martın 5-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

BƏƏ Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İranın ölkəsinə raket hücumları zamanı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçısı telefon zənginə görə Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür edib.

İlham Əliyev İranın BƏƏ-yə raketlərlə və pilotsuz uçuş aparatları ilə hücumlarını bir daha pisləyib və fevralın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə telefon danışığında qeyd etdiyi kimi, ölkəmizin BƏƏ-nin yanında olduğunu vurğulayıb.

zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…