Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
20.07.2024 13:00
Aa
dəq

Bakıda və Abşeron yarımadasında iyulun 21-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Yağıntı gündüz kəsiləcək. Mülayim şimal-qərb küləyi səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.

Həftənin ən çox oxunanları

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ

Sabah leysan YAĞACAQ - XƏBƏRDARLIQ
DAVAMIN OXU davamın oxu

Şənbə günü yağış yağacaq - PROQNOZ

Şənbə günü yağış yağacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq
DAVAMIN OXU davamın oxu

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
DAVAMIN OXU davamın oxu