Əsas məzmuna keç

Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq

Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq etdi: İyulun 5-də Bakı və bölgələrdə şimşək çaxacağı, dolu düşəcəyi və temperaturun 36 dərəcəyədək yüksələcəyi gözlənilir.

en ru

Bakıda və yarımadasında iyulun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərinndə qısamüddətli yağacağı, çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23°, bəzi yerlərdə 27-30° isti olacaq.

Hava proqnozu

25° Bakıda indiBuludlu
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…