Əsas məzmuna keç

Bayram günlərinin havası AÇIQLANDI

Bayram günlərinin havası AÇIQLANDI

Bayram günlərində, 31 dekabr-2 yanvarda Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bayram günlərində, 31 dekabr-2 yanvarda Azərbaycanda gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dekabrın 31-də Bakıda və yarımadasının bəzi yerlərində arabir yağacağı, şimal-qərb küləyinin gözlənilir.

Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq.

Naxçıvan MR ərazisində dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 2-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

və Şərqi Zəngəzur bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i axşamdan yanvarın 1-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcəyədək isti olacaq.

Qazax-Gəncə bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.

Balakən-Şəki bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.

Quba-Xaçmaz bölgəsində 31 dekabr-2 yanvar tarixlərində bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Dağlıq Şirvan bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin yanvarın 1-i gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Lakin dekabrın 31-i gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində 31 dekabr-2 yanvar tarixlərində hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi gözlənilir. Yanvarın 1-dən etibarən yağıntıların tədricən kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu gecə 2-6, gündüz 7-11, dağlarda gecə 1-3, gündüz 3-6 dərəcə isti olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…