Əsas məzmuna keç

Bayram günlərində 47 minə yaxın sərnişin daşınıb

Bayram günlərində 47 minə yaxın sərnişin daşınıb

bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilir ki, qeyd edilən...

Noyabrın 7-12-də Bakı Avtovağzal Kompleksi vasitəsi ilə şəhərlərarası və rayonlararası üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsi məqsədi ilə 1 615 reys həyata keçirilib, 46 min 759 sərnişin daşınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, qeyd edilən tarixlərdə xətlərə 70-dən çox əlavə avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…