Baş Prokurorluq Tovuzda baş verən hadisə ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Tovuzda baş verən hadisə ilə bağlı məlumat yayıb
14.03.2023 16:34
Aa
dəq

Baş Prokurorluq Tovuzda mehmanxanada qadının ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM" verilən xəbərə görə, məlumatda deyilir:

"Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən guya Tovuz rayonunda yerləşən mehmanxanaların birində meyiti aşkar edilən qadının hamamda sürüşərək yıxılması nəticəsində başından aldığı xəsarət səbəbindən ölməsi barədə dəqiqləşdirilməmiş məlumatlar ictimailəşdirilib.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilir.

Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası Qanununa görə, mediada dərc olunan informasiyalarda fakt və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Qeyd olunan hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda aparılan araşdırma zamanı şəxsin ölüm səbəbinin müəyyən edilməsi məqsədilə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyi hazırkı vaxtadək istintaq orqanına təqdim olunmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən məlumatların dərc edilməməsi xahiş olunur".

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu