Baş Prokurorluq “oxu.az” xəbər portalına rəsmi xəbərdarlıq edib

Baş Prokurorluq “oxu.az” xəbər portalına rəsmi xəbərdarlıq edib
24.07.2024 18:14
Aa
dəq

Qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda, həmçinin bildirilir: “Təəssüflə bildiririk ki, iyulun 24-də “oxu.az” xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilib.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən “oxu.az” xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq olunub. Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik”.

Həftənin ən çox oxunanları

Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA

Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

MEDİA açıqlama yaydı

MEDİA açıqlama yaydı
DAVAMIN OXU davamın oxu

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb
DAVAMIN OXU davamın oxu

"Səhiyyə TV" cərimələndi

DAVAMIN OXU davamın oxu

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib
DAVAMIN OXU davamın oxu