Baş Prokuror Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüşüb

Baş Prokuror Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüşüb
28.09.2023 17:35
Aa
dəq

Sentyabrın 28-də prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində Baş Prokurorluqda şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə ənənəvi görüş keçirilib.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"ə bildirilib ki, öncə bu il anadan olmasının 100-cü il dönümünü qeyd etdiyimiz Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək öz xidməti borcunu layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri göstərən, şəhidlik zirvəsinə ucalan həmkarlarımızın ömür yolunun bu gün xidmət edən hər bir prokurorluq əməkdaşı üçün örnək olduğunu bildirib.

Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva, Qazax hərbi prokurorluğunun sabiq müstəntiqi Səbuhi Xasayevin anası Qeysun Babayeva, prokurorluğun veteranları Seyfulla Aslanov, Dürhəsən İmanov, həmçinin Vətən Müharibəsinin iştirakçısı, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısından söz açıb, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən bəhs edib, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkdirilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu