Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bəyan edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o, bu barədə dekabrın 15-də partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında danışıb.
“Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək", - Ə.Əhmədov bildirib.